“Qəbələ”nin rəqibi bəlli olub
03 sentyabr 2019 16:32 (UTC +04:00)

“Qəbələ”nin rəqibi bəlli olub

UEFA Gənclər Liqasının Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, 32 ölkənin çempionunun mübarizə aparacağı yarışın ilk iki mərhələsinin cütləri müəyyənləşib.
 
Azərbaycanın U-19 Liqasının qalibi olan “Qəbələ”nin də rəqibləri bəlli olub. “Qırmızı-qaralar” I mərhələdə Kipr APOEL-i ilə qarşılaşacaq.
 
Qəbələ təmsilçisi ilk qarşılaşmasına oktyabrın 2-də evdə, cavab matçına ayın 23-də isə səfərdə çıxacaq.
 
Cütün qalibinin II mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, "Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütünün qalibi ilə görüşəcək. Bu mərhələnin matçları noyabrın 6-da və 27-də baş tutacaq. "Qəbələ" - APOEL matçının qalibi birinci matçını səfərdə keçirəcək.
 
Qeyd edək ki, “Qəbələ” tarixində 3-cü dəfə Gənclər Liqasında mübarizə aparacaq. 2016/17 mövsümündə ilk mərhələdə yarışla vidalaşan “qırmızı-qaralar” ötən il bu turnirdə mərhələ keçən ilk Azərbaycan klubu olub. Qəbələ təmsilçisi mübarizəni II raundda dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar