“Qəbələ”nin futbolçusu Mozambik yığmasına çağırıldı
28 avqust 2019 10:59 (UTC +04:00)

“Qəbələ”nin futbolçusu Mozambik yığmasına çağırıldı

0
“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasına çağırılıb.
 
APA-nın məlumatına görə, bu yay Premyer Liqa klubuna keçən hücumçu yeni baş məşqçi Luis Qonsalveşin açıqladığı siyahıda yer alıb.
 
Onun komandası DÇ-2022-nin seçmə mərhələsində mübarizəyə başlayacaq. Afrika zonasında çıxış edən Mozambik millisi I raundda Mavriki ilə görüşəcək.
 
K.Bauk və komanda yoldaşları sentyabrın 4-də səfərdə, altı gün sonra evdə oynayacaq.
 
Qeyd edək ki, millidə 2011-ci ildə debüt edən hücumçu 26 oyunda 4 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar