“Qəbələ”də ŞOK itki
12 sentyabr 2013 17:15 (UTC +04:00)

“Qəbələ”də ŞOK itki

“Qəbələ” klubu sentyabrın 15-də AZAL-la keçirəcəyi Topaz Premyer Liqasının VI tur matçı öncəsi ciddi itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb.

 

Futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. Bu barədə gabalafc.az-a əsas heyətin həkimi Rahim Məhərrəmov məlumat verib: “Zədənin ardından Rail dərhal müayinə olundu. Müayinə zamanı məlum oldu ki, müdafiəçimizin ön çarpaz bağları qopub. Bu idmanda çox ağır zədələrdən hesab olunur. Futbolçu sabah əməliyyat üçün Türkiyəyə yollanacaq. O, "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Bundan sonra futbolçu 4 və ya 5 ay bərpa prosesi keçməlidir”.

 

Hazırda Bakıda olan Rail Məlikov isə zədələndiyinə görə məyus olduğunu, ən qısa müddətdə zədəsini bərpa edib komandanın sıralarına dönmək istədiyini vurğulayıb: “Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki bu dəfə çox ağır zədələndim. Sabah əməliyyat üçün Türkiyəyə yollanacağam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm. Klub rəhbərliyinə, həkim heyətimizə diqqətə və dəstəyə görə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Rail Məlikov “Qəbələ”yə mövsümün əvvəllərində Türkiyə “Dənizlispor”undan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar