Futbol üzrə Topaz Premyer Liqasında XX turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qarşıdakı turun mərkəzi oyunu son illərin ən prinsipial rəqibləri “Xəzər Lənkəran”la “Neftçi” arasında keçiriləcək.
Fevralın 9-da Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq matç saat 16:00-da başlanacaq. Həmin gün əyalətdə daha bir oyun olacaq. “Simurq” saat 15:00-da Zaqatala şəhər stadionunda “Bakı”nı qəbul edəcək.
Tura isə fevralın 8-də Qəbələ şəhər stadionunda start veriləcək. Saat 14:30-da eyniadlı komanda “Qarabağ”ı qəbul edəcək. Hazırda “Qəbələ” lider, “ Qarabağ” isə 3-cü pillədə yer aldığından, bu oyun da hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.
Qarşıdakı tur Bakıda cəmi 2 oyun olacaq. “Rəvan” “Bayıl Arena”da “İnter”i, AZAL eyniadlı arenada “Sumqayıt”ı qəbul edəcək. Hər iki matç saat 15:00-da başlanacaq.
8 fevral (şənbə)
14:30. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Qəbələ şəhər stadionu
15:00. “Rəvan” (Bakı) – “İnter” (Bakı)
Bakı, Bayıl Arena
15:00. AZAL (Bakı) – “Sumqayıt”
Bakı, “AZAL Arena”
9 fevral (bazar)
16:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
“Xəzər Lənkəran” mərkəzi stadionu
15:00. “Simurq” (Zaqatala) – “Bakı”
Zaqatala şəhər stadionu.