“Qarabağ”ın rəqibi Qarabağdan danışdı - MÜSAHİBƏ
22 avqust 2013 15:44 (UTC +04:00)

“Qarabağ”ın rəqibi Qarabağdan danışdı - MÜSAHİBƏ

Futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsində avqustun 22-də “Qarabağ” ilk oyununu keçirəcək Almaniyanın "Ayntraxt" klubunun prezidenti Peter Fişer affa.az saytına müsahibə verib. Lent.az-ın həmin müsahibəni təqdim edir:

 

- Daha öncə də Azərbaycanda olmusunuz. Ölkəmiz haqda təəssüratlarınız necədir?

 

- Bəli, bu, mənim Azərbaycana artıq üçüncü səfərimdir. İlk dəfə 2006-cı ildə Bakıda olmuşam. Dünyanın bir çox ölkələrinə səyahət edirəm, amma qısa zaman ərzində bu qədər inkişaf edən, gözəlləşən şəhər görməmişəm.

 

- Azərbaycan futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı. 2006-ci illə müqayisədə hansı dəyişikliyin olduğunu qeyd edə bilərsiniz?

 

- Azərbaycan futbolu haqda məlumatlıyam. Bildiyiniz kimi, bizim klubla AFFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Xüsusilə, yeniyetmə futbolundakı irəliləyişi qeyd etmək istərdim. Son 5-6 il ərzində Azərbaycan futbolunda irəliləyiş var və AFFA-nın partnyoru olaraq biz də uğurlara sevinirik.

 

- Bu gün "Ayntraxt" Bakıda "Qarabağ"la qarşılaşacaq. Bu oyun əslində başqa şəhərdə - "Qarabağ"ın təmsil etdiyi Ağdamda keçirilməli olsa da, məlum səbəblərdən Bakıda təşkil olunur...

 

- Buna görə məyusam. Bilirəm ki, "Qarabağ" Ağdam rayonunu təmsil edir. Əslində, bu qarşılaşma onların əsl ev oyunu olmalı idi. Yəni oyun Bakıda yox, Qarabağda keçirilməli idi. Amma Qarabağ erməni işğalı altındadır. Deməliyəm ki, bu, işğalçı bir siyasətin nəticəsidir. Bu siyasət rəqibimizə qarşılaşacağı komandanı öz evində qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir.

 

- Bugünkü oyundan hansı nəticəni gözləyirsiniz?

 

- Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqib bizim gözlədiyimizdən daha güclü oynaya bilməsin. Oyunu stadionda 30 minə yaxın azarkeş izləyəcək. Biz Bundesliqa oyunlarında adətən 45 min azarkeş qarşısında çıxış edirik. Ümid edirəm ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olacağıq. Təbii ki, Azərbaycanda səfər oyunu keçirmək  çətindir. Buna baxmayaraq, iki oyunun nəticəsinə əsasən qalib gəlmək istəyirik.

# 668
avatar

Oxşar yazılar

“Trabzonspor” yarımfinalda

“Trabzonspor” yarımfinalda

28 fevral 2024 , 23:00
“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

28 fevral 2024 , 20:59
Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06
Lunev “Qarabağ”a  transferindən   DANIŞDI: “Şükür Allaha...”

Lunev “Qarabağ”a transferindən DANIŞDI: “Şükür Allaha...”

28 fevral 2024 , 11:42
"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

28 fevral 2024 , 09:27