“Qarabağ”ın futbolçusu Donald Gerye öz ölkəsində prezidentin qəbulunda olub. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü instaqram hesabında şəkil paylaşıb.
Cinah yarımmüdafiəçisi fotonu “Dəvət üçün çox təşəkkür edirəm, cənab prezident Xovenel Moyse. Sizə və Haitiyə hər şeyin ən yaxşısını arzulayıram” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Gerye “Qarabağ”a bu mövsümün əvvəlində Türkiyənin “Alanyaspor” klubundan keçib.