“Qarabağ”da ciddi itkilər
11 dekabr 2013 18:51 (UTC +04:00)

“Qarabağ”da ciddi itkilər

Futbol üzrə Topaz Premyer Liqasının lideri “Qarabağ” XVII turda “Bakı” ilə matça itkilərlə çıxacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovla Reynaldo cəzalı, Admir Teli və Riçard Almeyda isə zədəli olduqları üçün oynamayacaqlar.

 

Maksim Medvedevlə Vüqar Nadirovun da zədə problemi var. Amma onların taleyinə oyun günü aydınlıq gələcək.

 

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu dekabrın 15-də keçiriləcək. “Bakı” klubunun təlim-məşq bazasındakı oyun saat 14:00-da başlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar