“Qarabağ” son 4 turda niyə qələbəsiz qalıb? - AÇIQLAMA
03 oktyabr 2013 18:10 (UTC +04:00)

“Qarabağ” son 4 turda niyə qələbəsiz qalıb? - AÇIQLAMA

Ağdamın “Qarabağ” klubunun rəhbərliyi komandanın son turlar istənilən səviyyədə çıxış edə bilməməsinin səbəblərini müəyyənləşdirib. Bu barədə Lent.az-a klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib.

 

Onun sözlərinə görə, Avropa Liqasında keçirdikləri ardıcıl oyunlar, futbolçuların Azərbaycanın müxtəlif milli komandalarına, eləcə də digər ölkələrin yığmalarına çağırılmaları psixoloji və fiziki yorğunluğa gətirib-çıxarıb. Çəlikəl qarşıdakı 28 tur ərzində “Qarabağ”ın yenidən uğurla çıxış edəcəyinə əminliyini bildirib: “Mövsümə pis başlamadıq. İlk 4 turu qələbə ilə başa vurduq. Lakin ardından məğlubiyyət və 3 heç-heçə gəldi. Amma bu mövsüm  çempionatın formatı dəyişib. Artıq 32 yox, 36 tur var. Bizi uzun marafon gözləyir. Komandamızda problem görmürəm. Əlbəttə, biz də istərdik ki, qalib gələk. Qalan 28 turdan uğurlu nəticələrlə ayrılacağımıza inanıram”.

 

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın IX turunda “Bakı”nın qonağı olacaq. Oktyabrın 4-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar