“Qarabağ” ilk dəfə xal itirdi
Azərbaycan çempionatında ikinci dövrənin oyunlarına start verilib.
Lent.az xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb.
Qurban Qurbanovun komandası bu mövsüm ilk dəfə meydanı qalib gəlmədən tərk edib.
Hesabı 6-cı dəqiqədə meydan sahiblərinin heyətində Qismət Əliyev açıb. Üç dəqiqə sonra İsmayil İbrahim hesabı bərabərləşdirib.
Qalan vaxtda komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib. Beləliklə, “Qarabağ” bu mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib.
8 oyundan sonar “Qarabağ” 22 xalla yenə turnir cədvəlinin lideridir. “Qəbələ” 6 xalla 7-cı sıradadır.
966