“Qarabağ” “Simurq”a, “Neftçi” “İnter”ə qalib gəldi
13 aprel 2015 21:03 (UTC +04:00)

“Qarabağ” “Simurq”a, “Neftçi” “İnter”ə qalib gəldi

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan hər iki qarşılaşma Bakıda keçirilib.

 

“Qarabağ” “İnter Arena”da “Simurq”u sınağa çəkib. Cari mövsüm rəqibini 3 çempionat oyununda məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə də azarkeşlərini qələbəylə sevindirib. Ağdamlılar əvvəlki kubok matçlarında qol buraxmayan rəqibini Cavid Tağıyevin qolu ilə məğlub edib – 1:0. 4 gündən sonra Premyer Liqa çərçivəsində də üz-üzə gələcək komandalar ardınca cavab oyununa çıxacaq.

 

“Neftçi” ilə “İnter” arasında paytaxt derbisi isə “Bakcell Arena”da keçirilib. Bu qarşılaşmanın taleyini “ağ-qaralar”ın qol silahı Nikolas Kanales həll edib. Hər hissədə bir qol vuran çilili bombardir komandasının qələbəsində böyük pay sahibi olub.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

 

“Neftçi” – “İnter” - 2:0

Qollar: Nikolas Kanales, 19, 71

 

 “Qarabağ” – “Simurq” - 1:0

Qol: Cavid Tağıyev, 15

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar

Futbol klubu almaq  istəyir

Futbol klubu almaq istəyir

12 iyul 2024 , 16:28
FHN-in qurumları arasında çempionata yekun vurulub

FHN-in qurumları arasında çempionata yekun vurulub

12 iyul 2024 , 14:51
Sautqeytlə bağlı qərar verildi

Sautqeytlə bağlı qərar verildi

12 iyul 2024 , 13:00
Klopp bu təklifi rədd etdi

Klopp bu təklifi rədd etdi

12 iyul 2024 , 09:58
Olimpiya oyunları üçün bu qədər bilet satıldı -  Yeni rekord

Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord

12 iyul 2024 , 02:12
Kərəmin menecerinə saxtakarlıq  İTTİHAMI

Kərəmin menecerinə saxtakarlıq İTTİHAMI

11 iyul 2024 , 23:05
Bellinqemin  büstqaltersiz sevgilisi   hamını  şoka  saldı – FOTOLARI  ilə 

Bellinqemin büstqaltersiz sevgilisi hamını şoka saldı – FOTOLARI ilə 

11 iyul 2024 , 19:57
Braziliyada  QALMAQAL:   Futbolçunu ayağından vurdu

Braziliyada QALMAQAL: Futbolçunu ayağından vurdu

11 iyul 2024 , 19:18