Ağdamın “Qarabağ” futbol komandası Topaz Premyer Liqasının IV turunda görüşəcəyi “Qəbələ” komandası ilə səfər matçına məşqsiz yollanıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanovun komandası Almaniya “Ayntraxt”ı ilə Avropa Liqasının ilk “pley-off” matçından sonra məşq etməyib.
Kollektiv ötən günü yalnız istirahətlə keçirib. “Qarabağ” Qəbələyə çatdıqdan sonra oyundan öncə ilk və son məşqinə çıxacaq.
Qeyd edək ki, avqustun 25-də keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 18:00-da başlanacaq.