“Qarabağ” “Linfild”lə oyunun favoritidir
29 avqust 2019 16:45 (UTC +04:00)

“Qarabağ” “Linfild”lə oyunun favoritidir

0
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) oyununun əmsalları açıqlanıb. 
 
APA-nın məlumatına görə, bukmeker kontorları Ağdam klubunu favorit sayırlar. 
 
Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 1,12, məğlubiyyəti 26,00 əmsaldır. Matçda heç-heçəyə 7,50 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Avqustun 22-də keçirilən ilk görüşdə “Linfild” 3:2 hesabı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar