“Qalatasray”ın ulduzuna Avropa klublarından təkliflər gəlir
18 aprel 2013 12:10 (UTC +04:00)

“Qalatasray”ın ulduzuna Avropa klublarından təkliflər gəlir

Türkiyənin “Qalatasray” klubunun hücumçusu Burak Yılmaza Avropa klublarından rəsmi təklif gəlib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniyalın “Atletiko Madrid” və İtaliyanın “Roma” klubu Burak Yılmazın transferi ilə bağlı rəsmi təklif verib.

 

Bu iki klubdan rəsmi təklifin daxil olduğunu futbolçunun meneceri Ali Egesel də təsdiqləyib. Burak Yılmazın adı İtaliyanın “Latsio” və İngiltərənin “Fulham” klublarının da transfer siyahısında yer alıb.

# 1228
avatar

Oxşar yazılar