“Qalatasaray” futbolçusu Burak Yılmazla yolları ayırıb. Apasport.az saytının məlumatına görə, hücumçu son günlər transfer bazarında çox aktiv olan Çinə üz tutub.
O, “Pekin Quoan” klubu ilə anlaşıb. Türkiyə milli komandasının da şərəfini qoruyan Burak üçün “sarı-qırmızılar”a 8 milyon avro ödənəcək. Hücumçu ilə 4 illik müqavilə imzalanacaq.
Ulduz futbolçu özü isə bu transferdən illik 8milyon avro qazanacaq.