UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) matçı ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, oyunun dekabrın 11-də Bakı vaxtı ilə saat 17:00-da başlanacağı rəsmiləşib.
Görüş 32-ci dəqiqədən hakimin iki komanda oyunçularına topu atması ilə başlayacaq. Qarşılaşma İstanbuldakı “Türk Telekom Arena”da baş tutacaq.
Qeyd edək ki, “Qalatasaray” – “Yuventus” matçı ötən gün keçirilməli idi. Amma matçın 32-ci dəqiqəsində portuqaliyalı Pedro Proensa görüşü dayandırıb. Səbəb kimi “Türk Telekom Arena”nın ot örtüyünün güclü qar üzündən oynamaq üçün əlverişsiz vəziyyətə düşməsi göstərilib.