Fatih Terimin “Qalatasaray” klubunun baş məşqçisi postundan uzaqlaşdırılmasından sonra kluba yeni baş məşqçi axtarışları başlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qalatasaray” klubunun prezidenti Ünal Aysal planlarını açıqlayıb.
Ünal Aysal ingilis modelinə keçmək istədiyini bildirib: “İdman direktoru, sonra da baş məşqçi sistemi ilə çalışmağı məqbul sayıram. Klubun idman direktoru olaraq Mustafa Dənizliyi düşünürəm. Mustafa Dənizli ilə hələ bu barədə müzakirə aparmamışam”.
Ünal Aysal baş məşqçi axtarışlarından da söz açıb: “Jupp Heynckes komanda çalışdırmaq istəmir, ancaq çox yaxın bir tanışı ilə əlaqə saxladım. Jupp Heynckesi “Qalatasaray”a gətirmək üçün hər şey edəcəm. Çempionlar Liqasında çempionluq qazanmış bir baş məşqçi istəiyrəm”.