“Qalatasaray” qış transfer pəncərəsində növbəti transferini edib. Apasport.az saytının “NTVSpor”a istinadən məlumatına görə, “aslan” İsveçin “Molde” klubunun oyunçusu Martin Linnes ilə anlaşıb.
Sağ cinah müdafiəçisi ilə 3.5 illik müqavilə imzalanıb. 24 yaşlı Linnesin bazar ertəsi günü İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, “cimbom” daha əvvəl “Kasımpaşa”dan Rayan Donkun keçidini həll etmişdi.