“Qalatasaray”dan 2016-nın ilk transferi
05 yanvar 2016 21:45 (UTC +04:00)

“Qalatasaray”dan 2016-nın ilk transferi

“Qalatasaray” qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisi “Kasımpaşa”nın futbolçusu Ryan Donku heyətinə cəlb edib.

 

Hollandiyalı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, bu transfer üçün “Qalatasaray” “Kasımpaşa”ya 2.5 milyon avro təzminat ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar