Fatih Terimin istefaya göndərilməsindən sonra Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçi postuna namizədlər sırasında Zinəddin Zidan da göstərilməyə başlayıb. Lent.az-ın məlumatına görə, hazırda İspaniya “Real Madrid”ində idman direktoru postunu tutan əfsanəvi futbolçunu “Cim-Bom” rəhbərliyinə yaxın şəxs təklif edib.
Həmin şəxs birbaşa “Qalatasaray” prezidenti Ünal Aysala mesajında Zidanın baş məşqçi kimi fəaliyyətə başlamaq istədiyini yazıb. Mesajda fransalı ulduzun “sarı-qırımızılar”dan təklif gəlsə, müsbət yanaşacağı da yer alıb.
Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçi postuna əsas namizədlər arasında Roberto Mançini, Roberto Di Matteo və Dik Advokatın adları daha çox hallanır.