“Qalatasaray” UEFA Kubokunu qazandığı məkanda
04 noyabr 2013 19:03 (UTC +04:00)

“Qalatasaray” UEFA Kubokunu qazandığı məkanda

Türkiyənin “Qalatasaray” klubunun noyabrın 5-də futbol üzrə Çempionlar Liqasında Danimarka “Kopenhagen”i ilə qarşılaşacağı “Parken” stadionu xüsusi anlam daşıyır. Lent.az-ın məlumatına görə, “sarı-qırmızılar” 13 il öncə Türkiyə futbolu tarixinin ən böyük uğurlarından olan UEFA Kubokunu məhz bu arenada qazanıb.

 

“Qalatasaray” yeni adı Avropa Liqası olan UEFA Kubokunun finalında - 17 may 2000-ci ildə İngiltərə “Arsenal”ı ilə “Parken” stadionunda üz-üzə gəlib. “Cimbom” əsas və əlavə vaxtı qolsuz başa çatan matçda rəqibini penalti seriyasında 4:1 hesabı ilə yenərək, kubokun sahibi olub. “Sarı-qırmızılar” 13 il 173 gün sonra çıxacağı “Parken” stadionunda Çempionlar Liqasındakı rəqiblərindən “Kopenhagen”i yenidən məğlub etməyə çalışacaq.

 

Bu, “Qalatasaray”ın Avropa kuboklarında 251-ci matçı olacaq. “Sarı-qırmızılılar” Çempionlar Kuboku və Liqasında 146, əvvəlki adı UEFA Kuboku olan Avropa Liqasında 71, artıq mövcud olmayan Kuboklar Kubokunda 32 və UEFA Superkubokunda 1 dəfə olmaqla, üst-üstə 250 matça çıxıb, 96 qələbə, 89 məğlubiyyət, 65 heç-heçə alıb. Top fərqi isə “Qalatasaray”ın əleyhinə olub – 354:360.

 

“Qalatasaray” həm də yeni baş məşqçi Roberto Mançininin rəhbərliyi altında Çempionlar Liqasında 3-cü matçına çıxacaq. İtaliyalı mütəxəssis “Cim-Bom”un sükanı arxasında 1 qələbə, 1 heç-heçəyə imza atıb. O, Fatih Terimin rəhbərliyi altında qrup mərhələsindəki ilk görüşündə İspaniya “Real Madrid”inə evdə 1:6 hesabı ilə uduzduqdan sonra “sarı-qırmızılar”ın baş məşqçi postuna gətirilib. Mançininin “Qalatasaray”ı İtaliyada “Yuventus”la 2:2 hesablı heç-heçəyə nail olduqdan sonra evdə “Kopenhagen”i üstələyib – 3:1.

 

Danimarkadakı görüşdə nəzərlər “Cim-Bom”un hücumçusu Didye Droqbada olacaq. Droqba bu mövsüm rəsmi matçlarda vurduğu 9 qolla komandasının bombardiri sayılır. O, Çempionlar Liqasındakı son 2 matçda hərəyə 1 dəfə fərqlənib.

 

Digər tərəfdən, “sarı-qırmızılar” “Kopenhagen” qarşısına ciddi itkilərlə çıxacaq. Türkiyə Superliqasının ötən turunda “Konyaspor”la oyun zamanı qapıçı Fernando Muslera ilə yarımmüdafiəçi Uesli Sneyder zədələniblar. Onlar sabahkı görüşü buraxmalı olacaqlar.

 

Qeyd edək ki, “Kopenhagen” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

 

# 1281
avatar

Oxşar yazılar

"Bavariya"nın yeni baş məşqçisi  Kompani olacaq?

"Bavariya"nın yeni baş məşqçisi Kompani olacaq?

23 may 2024 , 02:08
“Atalanta” UEFA Avropa Liqasının ÇEMPİONU OLDU

“Atalanta” UEFA Avropa Liqasının ÇEMPİONU OLDU

23 may 2024 , 00:53
Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə "YOX" DEDİ

Aziz Yıldırım "Fənərbaxça" prezidentliyinə "YOX" DEDİ

22 may 2024 , 20:44
Azarkeşlər ən yaxşı futbolçunu seçdilər

Azarkeşlər ən yaxşı futbolçunu seçdilər

22 may 2024 , 19:14
UEFA-dan Türkiyəyə iki final

UEFA-dan Türkiyəyə iki final

22 may 2024 , 16:11
“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

“Sabah”ın keçmiş baş məqşçisi ilə bağlı YENİ XƏBƏR

22 may 2024 , 15:05
Messiyə qarşı AĞIR İTTİHAM:  səs yazısı tapıldı

Messiyə qarşı AĞIR İTTİHAM: səs yazısı tapıldı

22 may 2024 , 09:57
Hidayət Heydərov Vətənə döndü - FOTO

Hidayət Heydərov Vətənə döndü - FOTO

22 may 2024 , 01:02