Yeni mövsüm hazırlıqlarına start verən “Qalatasaray” heyətində komplektləşdirmə işi aparır. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Rayan Donkla müqavilənin müddətini uzadıb.
Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Donk 2016-cı ildən “Qalatasaray”da çıxış edir.