“Qalatasaray”-ın divan toplantısında qalmaqal
09 dekabr 2015 21:13 (UTC +04:00)

“Qalatasaray”-ın divan toplantısında qalmaqal

Son vaxtlar uğursuz çıxış edən, yaşıl meydanlarda istədiyi nəticələri əldə edə bilməyən “Qalatasaray”da idarəçilik baxımından da ciddi problemlər var.

 

Apasport.az saytının “Hürriyet”ə istinadən məlumatına görə, klubun bu gün keçirilən divan toplantısında qalmaqal yaşanıb.

 

Belə ki, borclardan yaxasını qurtara bilməyən “aslan” UEFA-nın mailyyə “Fair-pley” qaydalarına da əməl edə bilmir. Hətta vəziyyət o həddə çatıb ki, klubun növbəti mövsüm Avrokuboklara buraxılmamaq ehtimalı yaranıb.

 

Bu gün klubun divan toplantısında çıxış edən prezident Dursun Özbek UEFA ilə apardıqları danışıqlar haqqında komitə üzvlərinə məlumat verib.

 

Daha sonra üzvlərdən biri Özbəyi sərt şəkildə tənqid edib. Xüsusilə, qardaşı Mehmet Özbəyi idarə heyətinə daxil etməsi ilə bağlı tənqidlərə əsəbləşən Dursun Özbək toplantını yarımçıq tərk edib.

 

Bu hal toplantı üzvləri tərəfdən təəccüblə qarşılanıb. Hələlik hadisə ilə əlaqədar klubdan açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar