Futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, Farer adalarının “Streymur” və Ermənistanın “Şirak” komandaları növbəti mərhələyə yüksəliblər.
“Streymur” cavab görüşündə Andorra “Lusitans”ın darmadağın edib – 5:1. Bu komandaların ilk qarşılaşmasında qalib müəyyənləşməmişdi – 2:2. “Şirak” isə Lüksemburqda “Tre Penne”yə 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 3:0 hesabı ilə qalib ayrılmış Ermənistan təmsilçisi mərhələ adlayıb. II təsnifat mərhələsində “Streymur” Gürcüstanın “Dinamo (Tiflis), “Şirak” isə Serbiyanın “Partizan” komandasına rəqib olub. “Partizan” ötən mövsüm Avropa Liqasında “Neftçi” ilə eyni qrupda mübarizə aparıb.
Qeyd edək ki, Azərbaycan çempionu bu mövsüm də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. “Neftçi” Albaniya “Skenderbeu”su ilə üz-üzə gələcək. Oyunlar iyulun 16-17-də və 23-24-də keçiriləcək.
“Neftçi”nin keçmiş rəqibi Ermənistan çempionu ilə üz-üzə
876