“Neftçi” baş məşqçisiz qaldı
25 iyul 2013 18:32 (UTC +04:00)

“Neftçi” baş məşqçisiz qaldı

Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib.

Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, “Neftçi” sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956
avatar

Oxşar yazılar