Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedicilərindən ibarət komandaların çempionatında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Rəvan”la qarşılaşan “Neftçi” məğlubiyyətlə barışmalı olub. “Ağ-qaralar” 1:3 hesablı yenilgiyə üzülüblər.
Əvəzedicilərin çempionatı
XX tur
“Neftçi” - “Rəvan” – 1:3
Qollar: Oruc İsmayılov, 90+4 - Xanlar Teymurov, 39, Elmin Ağayev, 77, Elnur Abdulov, 90+4