Ötən gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin ölkə birincilyində VI tura start verilib. Apasport.az klub saytına istinadən xəbər verir ki, ilk oyun günündə “Neftçi” evdə “İnter”i qəbul edib.
Fasiləyə 2 cavabsız qolla məğlub yollanan “ağ-qaralar” ikinci hissədə toparlanaraq hesabı bərabərləşdirə bilib - 2:2.
Ev sahibi komandanın heyətində Cavid Muxtarzadə (58-ci dəqiqə) və Mirabdulla Abbasov (73-cü dəqiqə) qol sevinci yaşayıb.