“Milan”da vitse-prezidentin qohumu klubdan oğurluq etdi
16 dekabr 2015 06:32 (UTC +04:00)

“Milan”da vitse-prezidentin qohumu klubdan oğurluq etdi

0

“Milan”ın əməkdaşı Mustafa Medhun klubdan forma və texniki ləvazimatlar oğurladığı üçün polis tərəfindən saxlanılıb.  Apasport.az saytının “footballitalia”ya istinadən məlumatına görə, soyunub-geyinmə otağına qoyulmuş gizli kamera sayəsində üstü açılan oğurluq hadisəsindən sonra polislərin Medhunun evində apardığı axtarışda çox sayda forma və digər ləvazimatlar aşkarlanıb.

 

12 ildir klubda işləyən cinayətkar vitse-prezident Adriano Qallianinin keçmiş həyat yoldaşının qardaşıdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar