“Mənim səhvim idi” – "Neftçi"nin baş məşqçisi
20 iyul 2018 10:07 (UTC +04:00)

“Mənim səhvim idi” – "Neftçi"nin baş məşqçisi

 

“İki qoldan sonra bizim üçün çox ağır oldu. Müdafiənin səhvindən sonra isə qapımızda üçüncü qolu gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə “Uypeşt”lə qarşılaşan “ağ-qaralar” 0:4 hesabı ilə darmadağın olublar.

 

 

Macarlarla oyundan sonra mətbuat konfransı keçirən italiyalı çalışdırıcı fikirlərini bölüşüb: “Geri dönüşə cəhd etsək də, bu, alınmadı və əvəzində rəqib dördüncü qolu vurdu. Bəlkə də, motivasiya baxımından oyuna düzgün köklənməmişdik. Bizi dəstəkləmək üçün bura qədər gələn azarkeşləri məyus etdik. Çox ağır nəticədi”.

 

- “Qalib heyəti və qalib taktikanı dəyişməzlər” – deyirlər. Sizi düzülüşü dəyişməyə nə vadar elədi?

- Bu deyimdi, futbolda dəyişikliklər olur. Erkən iki qol buraxıq və bu, komandaya çox təsir etdi.

 

- “Uypeşt”də sizi təəccübləndirən nə oldu?

- Ardıcıl buraxdığımız iki qol bizə çox pis təsir etdi. Ondan sonra cəhdlərimiz boşa çıxdı. Bəlkə də, oyunu daha irəlidən qurmamaq mənim səhvim idi.

 

- Bakıdakı oyunda iki futbolçu yox idi. Həmin oyunçuların bugünkü matça təsiri nə qədər idi?

- Bu hadisələr keçmişdə qaldı. Ancaq bugünkü oyunda yarımmüdafiə xəttində müəyyən boşluqlar oldu və onlar iki qol vurduqdan sonra toparlana bilmədik. Daha sonra bizi lap pis vəziyyətə saldılar.

 

- Dünən Ruslan Abışov – Kirill Petrov tandeminin oyununun sizi qane etdiyini demişdiz. Fikrinizin üzərində qalırsız?

- Ruslan Abışov zədələnib, oyundan çıxdı. Yəni tandemdən danışmaq düzgün olmaz.

 

- Emin Mahmudovun meydanda olmamasının xüsusi səbəbi var idi?

- Sadəcə, taktiki qərar idi. Başqa heç bir səbəb yoxdu.

 

- İlk oyundan fərqli olaraq, bu matçda pressinq etməmənizin səbəbi nədi?

- Rəqibin hücumda olacağını bilərək, oyunu müdafiədən qurub, şansımızı əks-hücumlarda axtarırdıq. Bu, futbolda normal haldı. Təəssüf ki, bacarmadıq. Halbuki, hücumda kifayət qədər yaxşı oyunçularımız var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

Oxşar yazılar