“Mançester Yunayted”-in səhmləri kəskin ucuzlaşdı
09 fevral 2016 03:50 (UTC +04:00)

“Mançester Yunayted”-in səhmləri kəskin ucuzlaşdı

0

2016-cı ilin əvvəlindən İngiltərənin məşhur “Mançester Yunayted” klubunun səhmləri 20% ucuzlaşıb.

 

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı klubun vitse-prezidenti Ed Vudvord fevralın 11-də maliyyə analitikləri və sərmayəçilərlə görüş keçirəcək.

 

Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə premyer-liqasında 5-ci yerdədir. Üstəlik, Lui van Qalın komandası Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar