[b]“Mançester Siti” “Tottenhem”i məğlub etdi[/b]
Aprelin 20-də İngiltərə Premyer Liqasının 35-ci turunda növbəti oyun keşirilib. Turun mərkəzi qarşılaşmasında “Mançester Siti” “Tottenhem”i qəbul edib.
Lent.az-ın məlumatına görə, oyun "ev sahibi"nin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın üçüncü dəqiqəsində Filip Foden vurub – 1:0.
Bu qələbədən sonra “Mançester Siti” xalların sayını 86-ya çatdırıb. Bununla da klub turnir cədvəlində “Liverpul”u bir xal geridə qoyaraq yenidən liderliyi ələ keçirib. “Tottenhem” isə 67 xalla üçüncü pillədədir.
708