“Lokomotiv” azarkeşlərinin olduğu avtobus daş-qalaq edildi
16 fevral 2016 21:08 (UTC +04:00)

“Lokomotiv” azarkeşlərinin olduğu avtobus daş-qalaq edildi

0

Türkiyənin “Fənərbaxça” futbol klubunun azarkeşləri  Moskvanın “Lokomotiv” klubunun azarkeşlərini daşıyan avtobusu daş-qalaq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Lokomotiv” klubunun rəhbərliyindən bildirilib.   

 

Məlumata görə, polis insidentə dərhal müdaxilə edərək, qarşıdurmanın baş verməsinin qarşısını alıb.  

 

“CNN Turk”ün məlumatına görə, polis “Lokomotiv” klubunun azarkeşlərinin olduğu avtobusuna hücum etməyə cəhd edən bir neçə “Fənərbaxça” azarkeşini saxlayıb.

 

Qeyd edək ki, bu gün 21.00-da UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 473

Oxşar yazılar