“İnter”in statistika üçün qələbəsi 
25 iyul 2013 23:26 (UTC +04:00)

“İnter”in statistika üçün qələbəsi 

İyulun 25-də  Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz “İnter” doğma publika önündə “Tromse”dən revanş almağa cəhd edib.


Belə ki, “bankirlər” Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxmaq üçün mübarizə aparıb. Lakin Kaxaber Sxadadzenin yetirmələri vəzifənin yalnız yarısının öhdəsindən gəlib.

Baş məşqçinin oğlu Baçananın vurduğu top bakılılara minimal hesablı qələbə qazandırıb. Lakin bu qələbə təsəllidən başqa bir şey olmayıb. Təmsilçimiz yalnız reytinq xalı qazanıb. Mərhələ keçmək baxımından isə bu qələbə faydasız olub.

Qeyd edək ki, “İnter” I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ını turnirdən uzaqlaşdırdı - 1:1, 0:2.


“İnter” (AZƏRBAYCAN) – “Tromse” (Norveç) - 1:0
 

QOL: Baçana Sxadadze, 76
 

Baş hakim: Eli Haçmon (İsrail)
 

Bakı. “Bayıl Arena”

İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 5. Slavço Georgiyevski,11. Asif Məmmədov, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 70. Vaqif Cavadov (k), 21. Flavio Bek, 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 10. Daniel Genov, 4. İvan Benites, 6. Samir Zərgərov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç.
 

 

Baş məşqçi: Kaxaber Sxadadze

TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 6. Adnan Kauseviç, 7. Miika Koppinen (k), 8. Tomas Bendiksen, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek, 22. Saliou Çiss
 

Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 14. Hans Norbye, 10. Tomas Draq, 16. Lars Yonsen, 5. Morten Moldskred, 20. Matias Yonsen, 28. Aleksandr Priyoviç.
 

Baş məşqçi: Aqnar Kristensen

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar