“Formula-1”in  “Qran-Pri” mərhələsi Bakıda keçirilə bilər
07 iyul 2013 07:31 (UTC +04:00)

“Formula-1”in “Qran-Pri” mərhələsi Bakıda keçirilə bilər

“Formula-1” yarışlarının baş promouteri Berni Ekklstoun bəyan edib ki, o, gələcəkdə “Qran-Pri” mərhələsini Bakıda keçirmək niyyətindədir.

 

Lent.az "İTAR-TASS”a istinadən məlumatına görə, bu barədə o, alman mətbuatına açıqlamasında bildirib.

 

“Biz ABŞ-da – Lonq Biçdə və Nyu Yorkun fonunda - daha iki yarış təşkil etmək niyyətindəyik. Yarışları həmçinin Tailand və Bakıda da keçirmək planlaşdırılır”- deyə,  Berni Ekklstoun qeyd edib.  

 

Qeyd edək ki,  “Formula-1” – 2013 yarışları üzrə dünya çempionatı 19 trasda keçirilir.   

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar