Rusiyalı həmkarlarımız Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı maraqlı bir məqamı xatırlayıblar. Apasport.az xəbər verir ki, məşhur sports.ru portalında müxtəlif dövlətlərin bayraqları ilə bağlı aşkarlanan səhvlər mövzusunda yazı yerləşdirilib.
“Slavic Epos” bloqundakı məqalədə yığmamızın baş məşqçisi Berti Foqtsun 2011-ci ildə Bakı Slavyan Universitetində tələbələrlə görüş zamanı Azərbaycan bayrağındakı səhvi üzə çıxartmasına da toxunulub: “2011-ci ildə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bakılı tələbələrlə görüşə getmişdi. Artıq bu ölkədə 3 il işləyən almaniyalı mütəxəssis masanın üzərindəki Azərbaycan bayrağındakı uyğunsuzluğu hiss etdi. Belə ki, yaşıl və göy rənglərin yeri səhv düşmüşdü”.
Qeyd edək ki, Berti Foqts 2011-ci il aprelin 15-də Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirib.
“Foqts Azərbaycan bayrağındakı uyğunsuzluğu hiss etdi”
2284