UEFA Arbitraj Məhkəməsi “Beşiktaş” və “Fənərbaxça”nın ali futbol qurumunun qərarı ilə bağlı şikayətinə baxıb. Apasport.az saytının məlumatına görə, artıq Türkiyə klublarının avrokuboklardakı taleyinə aydınlıq gəlib.
Belə ki, sözügedən qurumun çıxardığı hökmümə görə “qara-qartallar”ın etirazı rədd edilib və “Beşiktaş” 1 il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.
“Fənərbaxça”ya gəlincə isə Arbitraj Məhkəməsi qismən də olsa “sarı bülbüllər”i əfv edib. UEFA Nizam-İntizam Komitəsinin verdiyi “2+1” şərti cəza 2 ilə endirilib.
Hər iki klub Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək imkanına malikdir.
Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbaxça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi. Daha sonra “Fənər” “2+1” şərti ilə, həmşəhərliləri isə 1 illik qitə miqyaslı turnirlərdən kənarlaşdırılmışdı.