“Fənərbağça” klubu ulduz basketbolçusu Yan Veseli ilə yeni müqavilə imzalayıb. Lent.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu çexiyalı oyunçuya 2 il ərzində 6 milyon avro ödəyəcək.
Müqavilədə qeyd edilib ki, 1 il sonra, yəni növbəti mövsümün sonunda Yan Veseliyə NBA komandalarından birindən təklif gələrsə, o, ABŞ-a gedə bilər.