“Azinteltek” birgə müəssisəsinin sədri Ahmet Sezer dünya futbolundakı danışılmış oyunların Azərbaycana təsirinin nə dərəcədə mümkünlüyünə dair açıqlama verib. Bununla bağlı Lent.az-ın sualını cavablandıran Sezer belə hallara qarşı dünyada ciddi mübarizənin getdiyini söyləyib.
Onun sözlərinə görə, Azərbaycan futbolunda da hər hansı matçın danışılmış olduğuna dair bilgi aldıqda dərhal AFFA xəbərdar ediləcək: “Bizim mövqeyimiz belədir ki, belə xəbərlər aldıqda ya həmin oyun keçirilməməli, ya da danışılmış oyuna gedən klublar cəzalandırılmalıdır. Hər hansı formada xəbər alsaq, birbaşa AFFA ilə bölüşəcəyik”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının baş sponsoru Topaz “Azinteltek”in ticarət nişanıdır.