“DÇ-2022”nin Qətərə verilməsi səhv qərar idi"
10 sentyabr 2013 07:02 (UTC +04:00)

“DÇ-2022”nin Qətərə verilməsi səhv qərar idi"

FİFA prezidenti Yozef Blatter maraqlı açıqlama ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, “insideworldfootball”a danışan Platter 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını Qətərə verməklə səhv etdiklərini deyib.

FİFA rəsmisi bu qərarın məntiqsiz olduğunu bildirib: “İndi deyə bilərəm ki, o vaxt verdiyimiz qərar həqiqətən də səhv ola bilər. Qətərin soyunma texnologiyası ilə bağlı yaxşı işlər görə biləcəyini bilməmə baxmayaraq, mövzunu yenidən araşdırdıqdan sonra görürəm ki, orada yayın ortasında bu turniri təşkil etməyin məntiqsiz olduğunu düşünürəm. Ona görə də bu FİFA-nın icra komitəsinə bu çempionatın yayda keçirilməməsini deyirəm”.

Qeyd edək ki, 2010-cu ildə qərarın verilməsinə baxmayaraq, futbol ictimaiyyəti narazıdır və Qətərdə bu çempionatın yay vaxtı keçirilməsinin futbolçuların səhhətində problem yaradacağını deyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924
avatar

Oxşar yazılar