“Rusiyanın bütün növlər üzrə məşqçiləri həddən artıq alkoqol qəbul edirlər”. Lent.az-ın məlumatına görə, bu barədə uzunluğa tullanma üzrə olimpiya çempionu Tatyana Lebedeva “Sovetskiy Sport”a açıqlama verib.
O, Qus Hiddinkin futbol üzrə Rusiya millisindəki sabiq köməkçisi Raymond Verheyenin yerli məşqçilərin sərxoşluqla məşğul olmalarına dair fikirlərini şərh edərkən belə deyib. T. Lebedevanın fikrincə, alkoqolizm təkcə futbol mütəxəssislərinə məxsus deyil, məşqçilərin sərxoşluğu mental xüsusiyyətlərlə və işdən azad vaxtlarda onların heç nə ilə məşğul ola bilməmələri ilə əlaqədardır: “İnsanları çalışdırmaq, məsələn, ingilis dili öyrənməyə məcbur etmək, pedaqoq tutmaq lazımdır. Bir halda ki, biz özümüzlə bacarmırıq”.
T. Lebedeva, həmçinin təklif edib ki, məşqçilər təlim-məşq toplantıları zamanı idmançıları bilyard otaqlarına buraxmasınlar: “Çünki orada, bildiyimə görə, konyaksız keçinmirlər”.
Qeyd edək ki, Tatyana Lebedeva idmandan iyulun sonlarında gedib. Onun hesabında 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qızıl və bürünc, 2000-ci il Sidney və 2008-ci il Afina olimpiadalarının üst-üstə 3 gümüş medalı var.