“Beşiktaş” köməkçi məşqçi postuna Quti Hernandezi gətirməyə hazırlaşır. Apasport.az saytının “NTVSpor”a istinadən məlumatına görə, artıq klub prezidenti Fikret Orman bunun üçün Madridə yola düşüb.
“Real”ın əfsanəsinin Ormanla görüşdükdən sonra təklifi qəbul edəcəyi gözlənilir. 41 yaşlı mütəxəssis son mövsüm doğma klubunun U-19 komandasında baş məşqçi kimi çalışıb.