“Barselona”da yarım illik həsrət bitdi
18 mart 2016 03:16 (UTC +04:00)

“Barselona”da yarım illik həsrət bitdi

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Alkantara uzunmüddətli zədədən sonra sıraya qayıdıb. Apapsport.az-ın məlumatına görə, bu barədə katalonların rəsmi saytı xəbər yayıb.

 

Ötən ilin sentyabrında “Roma” ilə Çempionlar Liqası matçında zədələnən braziliyalı futbolçu o vaxtdan bura düz 6 aydı ki, yaşıl meydanlara həsrət idi.

 

Ön diz bağlarında qopma əmələ gələn yarımmüdafiəçi nəhayət tam olaraq sağalıb.

 

Qeyd edək ki, zədəli olsa da, ötən ilin noyabrında “Barselona” gənc futbolçu ilə 2020-ci ilə kimi yeni müqavilə imzalamışdı. Rafinya katalonların heyətində ümumilikdə 45 matçda forma geyinmək şansı qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar