İspaniya “Barselonası” İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Denis Suaresi alıb. Lent.az-ın “Barsa”nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb.
19 yaşlı oyunçu Kataloniya təmsilçisinin əvəzedici komandasının heyətində Sequndada (II liqa) mübarizə aparacaq.
Qeyd edək ki, Denis Suares “Selta”nın yetirməsi sayılır. O, “Mançester Siti”yə 2011-ci ildə keçsə də, komandanın əsas heyətində heç bir oyuna çıxmayıb. Suares İspaniyanın U-19 millisində müntəzəm çıxış edir. Gənc futbolçu 2012-ci ildə Avropa çempionu olub.