UEFA kuboku çərçivəsində “Baku United “növbəti oyununu keçirib. Klubdan Lent.az-a verilən məlumata görə, “bakılılar” Kiprdə baş tutan oyunda yerli “Omonia” komandası ilə qarşılaşıb. Gərgin keçən oyunda “Baku United” 33-cü dəqiqəsində Marselonun qoluyla tablodakı hesabı dəyişə bilib – 1:0.
Bundan sonra Kiprlilər hücumlarını gücləndirsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Oyun “Baku United”in qələbəsi ilə başa çatıb. Beləliklə, 4-cü qrupda Kipr, Sloveniya və Çexiya komandaları ilə mübarizə aparan “Baku United” 4 xalla cədvəlin yuxarı pilləsində Çexiyanın “Xrudim” komandası ilə eyni yeri bölüşür.
Qeyd edək ki, oktyabrın 4-də bakılıların komandası Sloveniyanın Litija komandası ilə qarşılaşacaq.