“Azəryol” yarımfinal da uduzdu
12 mart 2016 19:28 (UTC +04:00)

“Azəryol” yarımfinal da uduzdu

 

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Bakının “Azəryol” klubu Krasnodar “Dinamo”sunu qəbul edib.

 

Görüş şimal qonşularımızın qələbəsi ilə başa çatıb. Ziya Rəcəbovun yetirmələri səfərdəki məğlubiyyətin əvəzini çıxıb, cütün taleyini “Qızıl set”ə daşımaq istəsələr də, alınmayıb.

 

Belə ki, qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb və onlar birinci seti 8 top irəlidə bitiriblər. İkinci hissəyə də CEV kubokunun qalibi fəal başlayıb. Lakin “Azəryol” setdə öz oyununu tapıb. İlk texniki fasiləyə 4 top geridə çıxan komandamız ardıcıl 5 dəqiq zərbə ilə hesabda önə çıxıb - 9:8. Amma görüşün taleyini əsas vaxtda həll etmək istəyində olan “Dinamo” növbəti dəfə fərqi artırıb – 16:11. Buna baxmayaraq, Ziya Rəcəbovun taktiki gedişləri və əvəzləmələri rəqibi çətin vəziyyətə salıb. “Azəryol” hissənin sonunda inamlı oyun sayəsində hesabı bərabərləşdirib (23:23) və hətta önə də keçib – 24:23. Lakin bu mövsüm hələ məğlub olmayan Krasnodar təmsilçisi səhvsiz oynayaraq, yekunda sevinən tərəf olub – 27:25.

 

Bu setdə məğlubiyyət “Azəryol”un finala gedən yolunu bağlayıb və ruhdan düşən voleybolçular öz oyunlarını göstərə bilməyiblər. Nəticədə “Dinamo” 3:0 hesabı ilə qələbə qazanıb.

 

Beləliklə, ilin sürpriz komandası “Azəryol”un da mübarizəni dayandırması ilə klublarımız üçün avrokubokların 2015/2016 mövsümü başa çatıb. “Yolçəkənlər”in bu mərhələyə qədər gəlməsi isə onların uğurudu. Çünki mövsümün gedişində gənc məşqçi ilə perspektivli voleybolçuların finalın bir addımlığına kimi irəliləyəcəyi proqnozlaşdırılmırdı.

 

12 mart

CEV kuboku

Yarımfinal, cavab oyunu

 

“Azəryol” (Azərbaycan) - “Dinamo” (Krasnodar, Rusiya) - 0:3 (17:25; 25:27; 17:25)

 

Hakimlər: David Qril (Sloveniya), Jenek Qrabovski (Çexiya)

Bakı, “Azərreyl” İdman Bazası

 

İlk oyun: “Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:22, 25:15, 25:23)

 

Qeyd edək ki, digər yarımfinal cütlüyündə Almaniyada “Şveriner”ə 3:0 hesabı ilə qalib gələn “Qalatasaray” Türkiyədə rəqibini qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar

ÇL : 1/4 finalçılar müəyyənləşdi

ÇL: 1/4 finalçılar müəyyənləşdi

13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək

12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı

12 mart 2025 , 09:37
PSJ-dən əzmkar  qələbə

PSJ-dən əzmkar qələbə

12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında  FOTOLARINI   yaydı

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə  bilər

Pol Poqba karyerasını davam etdirə bilər

11 mart 2025 , 15:26
Məhəmməd Salah "Barselona"da oynayacaq

Məhəmməd Salah "Barselona"da oynayacaq

11 mart 2025 , 09:37