“Atletiko”nun hücumçusu Braziliya millisindən imtina etdi
30 oktyabr 2013 11:11 (UTC +04:00)

“Atletiko”nun hücumçusu Braziliya millisindən imtina etdi

İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Kosta Braziliya milli komandasında oynamaqdan imtina edib. Lent.az-ın “AS” nəşrinə istinadən verdiyi məlumata görə, Braziliya və İspaniya vətəndaşlığına malik hücumçu notariusun təsdiqi ilə Braziliya Futbol Konfederasiyasına (CDF) məktub yazıb.

 

Məktubda o, “sambaçılar”ın Çili və Hondurasla noyabrda keçirəcəyi yoldaşlıq görüşlərinə çağırışı rədd edib. 25 yaşlı forvard İspaniya millisində oynayacağına dair yekun qərar qəbul etdiyini də vurğulayıb.

 

Daha öncə CBF rəsmiləri Kosta Braziliya yığmasından imtina edəcəyi halda, FİFA-ya şikayət edəcəklərini bildiriblər. Bu il “Atletiko”nun hücumçusu “sambaçılar”ın heyətində 2 oyuna çıxıb. Martda keçirilmiş həmin yoldaşlıq görüşlərində Braziliya İtaliya ilə 2:2, Rusiya ilə 1:1 hesablı heç-heçə edib.

 

Qeyd edək ki, Dieqo Kosta bu mövsüm İspaniya çempionatında 10 oyuna 11 qolla bombardirlər siyahısına başçılıq edir. O, Braziliyada doğulsa da, 18 yaşında Avropaya gəlib. Kosta “Atletiko” ilə 2006-cı ilin dekabrında müqavilə bağlasa da, əsas heyətə yalnız 2012-2013-cü il mövsümündə düşüb. Hücumçu Avropa Liqası, UEFA Superkuboku və İspaniya Kubokunu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar