“Atletiko” “Real”ı darmadağın etdi
27 iyul 2019 09:19 (UTC +04:00)

“Atletiko” “Real”ı darmadağın etdi

Madridin “Atletiko” klubu Beynəlxalq Çempionlar Kubokunun oyununda İspaniya paytaxtının digər təmsilçisi “Real”ı 7:3 hesabı ilə məğlub edib.
 
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Kral klubu”nun qapısına 4 qol vuran hücumçu Dieqo Kosta 65-ci dəqiqədə rəqibin müdafiəçisi Daniel Karvahal ilə birgə meydandan qovulub.
 
“Atletiko”nun heyətində portuqaliyalı Joau Feliş, argentinalı Anhel Korrea və yarımmüdafiəçi Vitolo hərəyə bir qol vurublar. 
 
“Real”ın heyətində müdafiəçi Naço Fernandes, fransalı Kərim Benzema (onbirmetrlik cərimə zərbəsindən) və müdafiəçi Xavi Ernandes Karrera fərqləniblər. 
 
Beləliklə, “Real” Beynəlxalq Çempionlar Kubokundakı çıxışını başa vurub. Bundan əvvəl komanda “Bavariya”ya (1:3) məğlub olub və “Arsenal”a (əsas vaxt 2:2, onbirmetrlik zərbələrlə 3:2) qalib gəlib. 
 
Buna qədər “Qvadalahar”ı məğlub edən (əsas vaxt 0:0, onbirmetrlik zərbələrlə 5:4) “Atletiko” avqustun 10-da Stokholmda “Yuventus”la qarşılaşacaq.
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar