Noyabrın 15-də “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında ilk döyüşünə çıxacaq. Lent.az-ın məlumatına görə, Azərbaycan komandası Almatıda Qazaxıstanın “Astana Arlans” klubu ilə qarşılaşacaq.
“Astana Arlans” WSB Liqasında son mövsümünün qalibidir. Bu döyüşdə çəkisi 49, 56, 64, 75 və 91 kq olan boksçular çıxış edəcək. Komandamızın heyətində 49 kq çəki dərəcəsində Xamza Nametov liqada ilk görüşünü keçirəcək. 20 yaşlı boksçu Rusiyada öz çəki dərəcəsində ən perspektivli idmançılardan sayılır. O, dəfələrlə Rusiya çempionatında mükafata layiq yerlər tutub. Nametovun rəqibi Ənvər Muzaparov olacaq. Rəqib komandanın heyətində ən tanınmış boksçu isə ukraynalı Sergey Derevyançenkodur. Məğlubedilməz Derevyançenkonun qarşısını Mixail Veselov almağa çalışacaq. Qazaxıstanlı Vasili Levitlə Abdulqadir Abdullayevin də döyüşü maraqla gözlənilir.
Komandaların heyətləri artıq məlumdur:
49 kq. Ənvər Muzaparov – Xamza Nametov
56 kq. Bağdat Alimbekov – Maqomed Qurbanov
64 kq. Aşxat Ualikxanov – Osman Əliyev
75 kq. Sergey Derevyançenko – Mixail Veselov
91 kq. Vasili Levit – Abdulqadir Abdullayev
Qeyd edək ki, “Baku Fires” B qrupunda “Astana Arlans”dan əlavə, “Cuba Domadores”, “Hussars Poland”, “Mexico Guerreros” və Rusiya ilə mübarizə aparır.