Türkiyə Superliqasında I turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə “Beşiktaş” “Trabzonspor”a qalib gəlib. Qollardan birini “Rubin”dən transfer edilən yarımmüdafiəçi Gökhan Töre vurub.
“Fənərbaxça” isə yüksək liqaya qayıdan “Konyaspor”la səfər matçında şok yaşayıb. Belə ki, vitse-çempion son 14 dəqiqəyə kimi hesabda 2:0 irəlidə olduğu halda, buraxdığı 3 qolla gözlənilməz məğlubiyyət alıb.
Turun yekun qarşılaşmasında son çempion “Qalatasaray” doğma arenada “Qaziantepspor”u qəbul edib. Oyuna erkən qolla başlayan “Cim-Bom” meydandan 2:1 hesabı ilə qalib ayrılıb.
16 avqust
“Antalyaspor” – “Ərciyyəspor” – 0:0
17 avqust
“Karabükspor” – “Kasımpaşa” – 2:0
Gökhan Ünal, 42, Lomano Lua-Lua, 55
“Çaykur Rizəspor” – “Gənclərbirliyi” – 1:0
Sərcan Kaya, 31
“Konyaspor” – “Fənərbaxça” – 3:2
Yosep Yobo, 16, Əmrə Belözoğlu, 27 - Tomas Borek, 76, Əli Camdalı, 78, Rəcəp Aydın, 87
18 avqust
“Əskişəhirspor” – “Bursaspor” – 2:0
Renato Civelli, 76, Henri Ntsama, 79
“Akhisar Bələdiyyəspor” – “Elazığspor” – 3:2
Bruno Mezenqa, 45, Baye Niasse, 53, Uğur Demirok, 90 – Tidane Sane, 44
“Beşiktaş” – “Trabzonspor” – 2:0
Olcay Sahan, 75, Gökhan Töre, 81
19 avqust
“Kayserispor” – “Sivasspor”- 1:0
Qol: Sefa Yılmaz, 54.
“Qalatasaray” – “Qaziantepspor” - 2:1