“Fulhem”in futbolçusu “Qalatasary”da
Türkiyənin “Qalatasary” klubu heyətinə yeni futbolçu qatıb.
APA-nın məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Fulhem” klubunun yarımmüdafiəçisi Jan-Mikael Serini icarəyə götürüb.
Fil Dişi Sahilindən olan 28 yaşlı futbolçu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. Onun “Fulhem”lə anlaşması isə 2022-ci ilədəkdir.
Serinin icarəsi “Qalatasaray”a 1,5 milyon avroya başa gəlib. İstanbullular yarımmüdafiəçini transfer etmək istəsələr, daha 18 milyon avro ödəməlidirlər.
432