50 min dolları kimlər qazandı?
28 sentyabr 2013 15:31 (UTC +04:00)

50 min dolları kimlər qazandı?

“Baku Open 2013” beynəlxalq  şahmat festivalı başa çatıb. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin və sözügedən federasiyanın müstəqillik gününə həsr olunan festivalda A və B qruplarında   ölkəmizlə yanaşı  19 ölkədən  224  şahmatçı (32  beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9  FİDE ustası )qələbə uğurunda mübarizə aparıb.

 

A (güclülər) turnirində qalib adını aktivinə 7 xal yazan  Rusiya şahmatçısı Pavel Smirnov qazanıb. Belarusiyalı Sergey Zhiqalko və Rusiya şahmatçısı Aleksey Dreev 6.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər. Qadınlar arasında isə ən yaxşı nəticəni həmyerlimiz Nərmin Kazımova və İran şahmatçısı Atousa Pourkaşiyan (4.5 xal)  göstəriblər.

B qrupunda isə Fariz Əhmədov(Yevlax) və Elxan Bayramov (Bakı) 8 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə Fariz Əhmədov 1-ci yerin sahibi  olub.

 Qeyd edək ki, festivalının  ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179
avatar

Oxşar yazılar